22 yaşlı Marneulili Samirə Mustafayeva ağır beta talassemiya xəstəliyindən əziyyət çəkir.
Aktual.ge xəbər verir ki, gənc qızın vəziyyəti getdikcə ağırlaşır və həkimlərin sözlərinə görə, onun həyatını xilas etməyin yeganə yolu Türkiyədə təcili əməliyyat olunmasıdır.
Samirə və bacısı uşaq yaşlarında valideynlərini itiriblər və hazırda nənələrinin himayəsində yaşayırlar. Onun əməliyyat və müalicəsi üçün ümumilikdə 25 min dollar vəsait tələb olunur. Təəssüf ki, yaşlı nənənin bu məbləği qarşılamaq imkanı yoxdur.
Samirənin isə ən böyük arzusu sadəcə sağlamlığına qovuşaraq normal həyatına qayıtmaqdır. Bu çətin məqamda ediləcək hər bir yardım gənc qızın həyatını xilas edə bilər.
Dəstək olmaq istəyənlər ekranda qeyd olunan hesab nömrəsinə vəsait köçürərək dəstək ola bilərlər.
Saqartvelo bank:
GE89BG0000000528195539
28001101143 (S.M)
TBC bank:
GE19TB7070445068100033